Sahibkarlığın İnkişafı Fondu avtomobil alınması üçün tender elan edib

Sahibkarlığın İnkişafı Fondu avtomobil alınması üçün tender elan edib Bakı. 5 yanvar. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu avtonəqliyyat vasitəsinin satınalınması məqsədilə açıq tender elan edir.
Biznes
5 Yanvar , 2019 11:10
Sahibkarlığın İnkişafı Fondu avtomobil alınması üçün tender elan edib

Bakı. 5 yanvar. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu avtonəqliyyat vasitəsinin satınalınması məqsədilə açıq tender elan edir.

“Report” xəbər verir ki, tenderdə iştirak etmək istəyənlərin satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı, maliyyə durumu qənaətbəxş olmalı, texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı, vergilər və digər icbarə ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

Həmçinin tenderdə iştirak etmək istəyənlər 100 manat iştirak haqqını köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, 172 (əlaqələndirici şəxs 012-433 63-65 daxili 230) ünvanından ala bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) fevralın 15-i saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikqat zərfdə fervralın 20-si saat 17:00-a qədər təqdim etməlidirlər. Təklif zərfləri fevralın 21-i saat 12:00-da açılacaq.  

Son xəbərlər

Orphus sistemi