Britaniya Standartlar İnstitutu ilə yerli sertifikatlaşdırma orqanları arasında əməkdaşlıq memorandumu imzalanacaq

Britaniya Standartlar İnstitutu ilə yerli sertifikatlaşdırma orqanları arasında əməkdaşlıq memorandumu imzalanacaq Bakıda "İdarəetmə sistemlərinə aid olan yeni İSO standartları haqqında müəllifdən məlumatlar" adlı master-klass keçiriləcək
Biznes
12 Dekabr , 2016 14:39
Britaniya Standartlar İnstitutu ilə yerli sertifikatlaşdırma orqanları arasında əməkdaşlıq memorandumu imzalanacaq

Bakı. 12 dekabr. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) təşkilatçılığı ilə dekabrın 14-də Bakıda “İdarəetmə sistemlərinə aid olan yeni İSO standartları haqqında müəllifdən məlumatlar” adlı master-klass keçiriləcək.

Komitədən “Report”a bildirilib ki, tədbir çərçivəsində Britaniya Standartlar İnstitutu (BSİ) ilə akkreditasiya olunan “TexnoSert” və “AzSert” sertifikatlaşdırma orqanları arasında “İxracyönümlü məhsulların Avropa bazarına çıxarılmasına dair müştərək sertifikatlaşdırma fəaliyyətinin aparılmasına dair” əməkdaşlıq memorandumunun imzalanması planlaşdırılır.

Master-klassı BSİ-nin standartların inkişafı şöbəsinin müdiri Çarlz Korri və BSİ-ın MDB və Baltikyanı ölkələr üzrə baş direktoru Dmitri Yartsev keçirəcəklər.

Yerli sahibkarlar üçün təşkil olunan tədbirin əsas məqsədi ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, yerli sənaye məhsullarının rəqabət qabiliyyətinin artırılması, beynəlxalq İSO standartlarının tələblərinə cavab verən ixracqabiliyyətli məhsulların istehsalı və milli keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətinə dəstəkdir.

Son xəbərlər

Orphus sistemi