Yuxarı
    Bağlamaq

    Böyük Britaniyanın beynəlxalq ticarət naziri Azərbaycana gələcək

    Böyük Britaniyanın ticarət elçisinin Azərbaycana səfəri isə hələ dəqiqləşdirilir© Report/ Elshan Baba

    Bakı. 23 noyabr. REPORT.AZ/ Tezliklə Böyük Britaniyanın beynəlxalq ticarət üzrə naziri Baronessa Rona Alison Feyrhed Azərbaycana səfər edəcək.

    “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Kroft deyib.

    Böyük Britaniyanın baş nazirinin ticarət elçisinin isə Azərbaycana səfərinin vaxtı hələ tam dəqiqləşməyib.

    "Səfərlə bağlı tam dəqiq məlumat yoxdur. Amma ümid edirik ki, bu səfər gələn ilin əvvəlində baş tutacaq", - deyə səfir K.Kroft əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi