​Böyük Britaniya şirkəti Azərbaycanda filial açıb

​Böyük Britaniya şirkəti Azərbaycanda filial açıb Şirkət dəniz və mühəndislik üzrə məsləhət və araşdırma xidmətləri göstərir
Biznes
11 Noyabr , 2015 10:36
​Böyük Britaniya şirkəti Azərbaycanda filial açıb

Bakı. 11 noyabr. REPORT.AZ/ "London Offshore Consultants VLL" məhdud məsuliyyətli şirkətinin Azərbaycanda filialı açılıb. "Report"un əldə etdiyi məlumata görə, filial Bakı şəhərinin Nəsimi rayonu, Həsən Əliyev küçəsində, "Falez Plaza"da yerləşir.

Filialın qanuni təmsilçi Böyük Britaniya vətəndaşı Miles Paul Nigeldir.

Qeyd edək ki, "London Offshore Consultants" şirkəti dəniz və mühəndislik üzrə məsləhət və araşdırma qurumudur. Şirkət dəniz daşımaları üzrə xidmət göstərən şirkətlərə və ofşor qurumlara xidmət edir.

Şirkət 1979-cu ildə Londonda yaradılıb və dünyanın bir çox şəhərində filialı mövcuddur. 

Son xəbərlər

Orphus sistemi