Bakı. 11 noyabr. REPORT.AZ/ "London Offshore Consultants VLL" məhdud məsuliyyətli şirkətinin Azərbaycanda filialı açılıb. "Report"un əldə etdiyi məlumata görə, filial Bakı şəhərinin Nəsimi rayonu, Həsən Əliyev küçəsində, "Falez Plaza"da yerləşir.
Filialın qanuni təmsilçi Böyük Britaniya vətəndaşı Miles Paul Nigeldir.
Qeyd edək ki, "London Offshore Consultants" şirkəti dəniz və mühəndislik üzrə məsləhət və araşdırma qurumudur. Şirkət dəniz daşımaları üzrə xidmət göstərən şirkətlərə və ofşor qurumlara xidmət edir.
Şirkət 1979-cu ildə Londonda yaradılıb və dünyanın bir çox şəhərində filialı mövcuddur.