Böyük Britaniya bankı Almaniyada fəaliyyətini davam etdirmək istəyir

Böyük Britaniya bankı Almaniyada fəaliyyətini davam etdirmək istəyir Bakı. 24 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın “Royal Bank of Scotland” bankı ölkənin Avropa İttifaqı üzvlüyündən çıxmasından sonra da Almaniyada fəaliyyətini davam etdirmək üçün müvafiq ərizə verib.
Biznes
24 Dekabr , 2018 13:59
Böyük Britaniya bankı Almaniyada fəaliyyətini davam etdirmək istəyir

Bakı. 24 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın “Royal Bank of Scotland” bankı ölkənin Avropa İttifaqı üzvlüyündən çıxmasından sonra da Almaniyada fəaliyyətini davam etdirmək üçün müvafiq ərizə verib.

“Report” “Financial Times”ə istinadən xəbər verir ki, bankdan Frankfurt-Mayn şəhərindəki filiallarını bölgə tədiyyə mərkəzi qismində fəaliyyət göstərəcək yeni bir alt qurumla əvəzləmək niyyətində olduqlarını təsdiləyiblər. Hazırda işi genişləndirmək üçün müvafiq mütəxəssis kadrları axtarılır.

Bundan əvvəl dünyanın ən iri maliyyə mərkəzlərindən olan Sitinin (London) "Brexit" sonrası beynəlxalq banklar və başqa maliyyə təsisatlarının Frankfurt-Mayna daşınması nəticəsində çəkəcəyi zərərin 800 milyard avro məbləğinə çata biləcəyi bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi