Bob Dilanın gitarası hərracda 400 min dollara satılıb

Bob Dilanın gitarası hərracda 400 min dollara satılıb Dilan bu gitarada 10 ilə yaxın ifa edib
Biznes
13 Noyabr , 2017 02:06
Bob Dilanın gitarası hərracda 400 min dollara satılıb

Bakı. 13 noyabr. REPORT.AZ/ ABŞ-ın Dallas şəhərində ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2016) və musiqiçi Bob Dilanın gitarası hərraca çıxarılıb.

"Report" xəbər verir ki, "Heritage Auctions" hərrac evinin məlumatına görə, naməlum şəxs 1963-cü ilin "Martin" markalı "D-28" model gitarasını 400 min dollara alıb.

Dilan bu gitarada 10 ilə yaxın ifa edib. 1977-ci ildə musiqiçi onu 500 dollara öz gitara ustasına satıb.

Son xəbərlər

Orphus sistemi