​Biznes inkubatorun yeni iştirakçıları üçün treninqlərə başlanıb

​Biznes inkubatorun yeni iştirakçıları üçün treninqlərə başlanıb Treninqlər üç ay davam edəcək
Biznes
11 May , 2016 20:07
​Biznes inkubatorun yeni iştirakçıları üçün treninqlərə başlanıb

Bakı. 11 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən biznes inkubatorun yeni iştirakçıları üçün biznesin təşkili və idarə edilməsinin prioritet istiqamətləri üzrə treninqlərə başlanıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, üç ay davam edəcək treninqlərdə yerli və xarici ekspertlər tərəfindən müxtəlif mövzular üzrə məruzələr oxunacaq.

“Biznesin əsasları, təşkili və idarə edilməsi” mövzusunda keçirilən ilk treninqdə biznes inkubatorun yeni iştirakçılarına biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsi, biznesdə insan resurslarının səmərəli idarə olunması, eləcə də “Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” dövlət başçısının fərmanı, İqtisadiyyat Nazirliyində yaradılan Apellyasiya Şurası barədə məlumat verilib.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator üçün yeni iştirakçıların seçilməsi məqsədilə martın 14-də müsabiqə keçirilib və daha 25 gənc biznes inkubator üçün yeni iştirakçı seçilib.

Son xəbərlər

Orphus sistemi