Biznes inkubatorların idarə edilməsində beynəlxalq təcrübənin tətbiqi müzakirə edilib

Biznes inkubatorların idarə edilməsində beynəlxalq təcrübənin tətbiqi müzakirə edilib Bakı. 30 noyabr. REPORT.AZ/ Noyabrın 29-30-da Bakı Biznes Tədris Mərkəzində (BBTM) qurumun və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Biznes inkubatorların idarə edilməsində beynəlxalq təcrübə: Azərbaycanda tətbiqi imkanları” mövzusunda seminar keçirilib. 
Biznes
30 Noyabr , 2017 15:06
Biznes inkubatorların idarə edilməsində beynəlxalq təcrübənin tətbiqi müzakirə edilib

Bakı. 30 noyabr. REPORT.AZ/ Noyabrın 29-30-da Bakı Biznes Tədris Mərkəzində (BBTM) qurumun və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Biznes inkubatorların idarə edilməsində beynəlxalq təcrübə: Azərbaycanda tətbiqi imkanları” mövzusunda seminar keçirilib. 

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Avropa İttifaqının beynəlxalq ekspertləri, Polşanın Azərbaycandakı Səfirliyinin, texnoparkların, ölkədə fəaliyyət göstərən biznes inkubatorların və onların rezidentlərinin, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. BBTM-in rəhbəri Akif Fərruxov Nazirliyin Quba-Xaçmaz və Aran Regional mərkəzlərində yaradılmış biznes inkubatorların fəaliyyəti, gənclərin sahibkarlığa cəlb edilməsi və bu sahədə yeni imkanlardan danışıb.

Avropa İttifaqının beynəlxalq ekspertləri İvona Çoynovska-Haponik və Arkadiuş Tarnovski “Biznes inkubatorların idarə edilməsində beynəlxalq təcrübə” mövzusunda təqdimatla çıxış edib, Avropa İttifaqı ölkələrində biznes inkubatorların fəaliyyət mexanizmi barədə məlumat veriblər.

Seminarda ölkədə fəaliyyət göstərən biznes inkubatorların idarəedicilərinin, rezidentlərinin beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi ilə bağlı fikirləri dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi