​Biznes inkubator üçün yeni iştirakçılar seçilib

​Biznes inkubator üçün yeni iştirakçılar seçilib Quba-Xaçmaz rayonlarında yaşayan 24 gənc Biznes İnkubator üçün iştirakçı qəbul edilib
Biznes
16 Mart , 2016 10:08
​Biznes inkubator üçün yeni iştirakçılar seçilib

Bakı. 16 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılan Biznes İnkubator üçün yeni iştirakçıların seçilməsi üçün müsabiqə keçirilib.

“Report” Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirak etdiyi müsabiqə komissiyasının qərarına əsasən, Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan inzibati rayonlarda yaşayan 24 gənc Biznes İnkubator üçün iştirakçı qəbul edilib.

Biznes İnkubatorun yeni iştirakçıları sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərindən, o cümlədən ödənişsiz treninqlərdən, məsləhət və ofis xidmətlərindən yararlanaraq kənd təsərrüfatı, emal, xidmət, İKT və proqram məhsullarının istehsalı, kənd turizmi və s. sahələr üzrə bizneslərini təşkil edəcəklər. Məlumat üçün qeyd edək ki, gənclərin innovativ potensialının və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, biznes və məşğulluq imkanlarının genişləndirilməsi, yeni fəaliyyətə başlayan gənc sahibkarlıq subyektlərinə dövlət dəstəyinin artırılması, gənclərin işgüzar fəallığının yüksəldilməsi məqsədilə 2014-cü ildə Nazirlik tərəfindən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində gənclər üçün Biznes İnkubator yaradılıb.

Son xəbərlər

Orphus sistemi