Biznes inkubator rezidentləri istehsal müəssisələrində olublar

Biznes inkubator rezidentləri istehsal müəssisələrində olublar Bakı. 1 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin həyata keçirdiyi Xüsusi iqtisadi zonaların idarə olunmasına dəstək layihəsi çərçivəsində Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator rezidentlərinin təcrübə mübadiləsi məqsədi ilə Samuxda yerləşən Bizim Ailə MMC və Aqro-Enerji MMC-yə, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator rezidentlərinin isə Bakının Türkan qəsəbəsində yerləşən Türkan-Aqro MMC-yə səfərləri təşkil edilib. 
Biznes
1 Fevral , 2018 10:39
Biznes inkubator rezidentləri istehsal müəssisələrində olublar
Economy.gov.az

Bakı. 1 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin həyata keçirdiyi "Xüsusi iqtisadi zonaların idarə olunmasına dəstək" layihəsi çərçivəsində Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator rezidentlərinin təcrübə mübadiləsi məqsədi ilə Samuxda yerləşən "Bizim Ailə" MMC və "Aqro-Enerji" MMC-yə, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator rezidentlərinin isə Bakının Türkan qəsəbəsində yerləşən "Türkan-Aqro" MMC-yə səfərləri təşkil edilib. 

Bu barədə “Report”a nazirlikdən bildirilir. 

Məlumata görə, qurumun Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş səfərlərdə biznes inkubator rezidentlərinə həmin müəssisələrin istehsal infrastrukturu, kadr potensialı, marketinq siyasəti, məhsulları və s. barədə məlumat verilib. Biznes inkubator rezidentləri həmçinin, müəssisələrdə istehsal prosesi ilə tanış olublar.

"Türkan-Aqro" MMC-yə səfər çərçivəsində biznes inkubator rezidentləri üçün istixanaların yaradılması və idarə edilməsi mövzusunda treninq keçirilib.

Son xəbərlər

Orphus sistemi