Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının biznes forumu keçiriləcək

Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının biznes forumu keçiriləcək Forumda iştirak etməkdə maraqlı olanlar yanvarın 22-dək Azpromo-ya müraciət edə bilərlər
Biznes
18 Yanvar , 2016 18:10
Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının biznes forumu keçiriləcək

Bakı. 18 yanvar. REPORT.AZ/ Bu il aprelin 28-də Bişkəkdə (Qırğızıstan) Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Biznes Forumu keçiriləcək.

“Report” Azpromo-ya istinadən xəbər verir ki, forumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan və Qırğızıstan sahibkarları iştirak edəcəklər və işgüzar əlaqələr quracaqlar. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar tədbirdə iştiraka dəvət olunurlar.

Biznes forumda iştirak etməkdə maraqlı olanlar yanvarın 22-dək Azpromo-ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi