Beynəlxalq Arbitraj Məhkəməsində indiyədək Azərbaycandan 4 işə baxılıb

Beynəlxalq Arbitraj Məhkəməsində indiyədək Azərbaycandan 4 işə baxılıb Gündüz Kərimov: "90-a yaxın iş Arbitraj və Mediasiya Mərkəzində müəyyən qədər həll edilib yaxud həllinə yaxınlaşılıb"
Biznes
30 Sentyabr , 2016 11:53
Beynəlxalq Arbitraj Məhkəməsində indiyədək Azərbaycandan 4 işə baxılıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu vaxta qədər Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycandan 4 iş baxılıb və 90-a yaxın iş Arbitraj və Mediasiya Mərkəzində müəyyən qədər həll edilib yaxud həllinə yaxınlaşılıb. "Report" xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsi İdarə Heyətinin sədri Gündüz Kərimov deyib.

G.Kərimovun sözlərinə görə, Arbitraj Məhkəməsində iddia üzrə qeydiyyat haqqı 300 ABŞ dollarıdır: "Arbitraj Məhkəməsinə çıxarılan çəkişmələrdən biri İngiltərə şirkəti ilə Türkiyə subkontraktoru arasında olub. Hansı ki, onlar Azərbaycanda tütün şirkəti ilə bağlı məsələdə razılığa gələ bilmirdilər. İddianın məbləği 78 min dollar olub, amma məhkəmə 19 min dolları təmin edib". 

"Son 10 ildə 90-a yaxın işin mediasiya yolu ilə həllinə cəhd edilib ki, onlardan da 1/3-i uğursuzluqla nəticələnib. Belə mübahisələrin əsas hissəsini borc məsələləri, kiçik hissəsini isə ailə problümləri təşkil edib", - deyə Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsi İdarə Heyətinin sədri əlavə edib.

Son xəbərlər

Orphus sistemi