Beyləqanda istehlakçıların maarifləndirilməsi və dövlət satınalmaları mövzusunda konfrans keçirilib

Beyləqanda istehlakçıların maarifləndirilməsi və dövlət satınalmaları mövzusunda konfrans keçirilib Tədbiri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti təşkil edib
Biznes
23 Sentyabr , 2016 15:48
Beyləqanda istehlakçıların maarifləndirilməsi və dövlət satınalmaları mövzusunda konfrans keçirilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu gün Beyləqan rayonunda istehlakçıların hüquqlarının qorunması sahəsində xüsusi əhəmiyyət kəsb edən maarifləndirmə tədbirləri çərçivəsində konfrans keçirib.

Bu barədə "Report"a nazirlikdən bildirilib. 

Məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 130-dən çox istehlakçı iştirak edib.

“Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov ölkə iqtisadiyyatının möhkəm təməllər üzərində qurulduğunu və inkişaf etdiyini deyib: “Aparılan məqsədyönlü siyasət nəticəsində ölkədə işgüzar fəallıq artıb, istehlakçıların hüquqlarının qorunmasına dövlət qayğısı yüksəlib, bu sahədə etibarlı təminat sistemi yaradılıb və dövlət siyasəti həyata keçirilib”.

Konfransda Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış edib. Tədbir iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik bazası, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verilib.

Təlim kurslarının təşkil olunmasında məqsəd dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin nəzəri biliklərinin artırılmasıdır.

Son xəbərlər

Orphus sistemi