Yuxarı

Bərdə rayonunda "Rahat" marketlər şəbəkəsinin filialının açılışı olub

Marketlər şəbəkəsində həftəlik endirimli aksiyalar da olacaq

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu gün “Rahat” marketlər şəbəkəsinin 27-ci filialının açılışı olub. “Report”un məlumatına görə, marketlər şəbəkəsinin növbəti filialı Bərdə şəhəri, 20 yanvar küçəsi,1 ünvanında (köhnə “YENi” marketin yeri) açılıb. 

Açılış münasibətilə keçirilən tədbirdə bildirilib ki, yeni istifadəyə verilən “Rahat” marketdə müştərilərə 35 min çeşidə yaxın məhsul təqdim olunur. Filialda qida məhsulları ilə yanaşı, ətriyyat, optika, geyimlərin satışı da həyata keçiriləcək. Həmçinin açılışda qeyd olunub ki, ilin sonuna kimi marketlərin sayının 35-ə çatdırılması planlaşdırılır.

Hazırda Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, Biləcəri ərazisində, Mingəçevir və Ucar rayonlarında "Rahat" marketlər fəaliyyət göstərir.

Açılış mərasimində qeyd olunub ki, "Rahat" marketlər şəbəkəsinin ümumi strategiyası əhalinin aşağı və orta təbəqəsinə xidmət göstərməkdir. Preziden İlham Əliyevin bütün sahibkarların qarşısında vəzifə kimi qoyduğu insanların qeydinə qalmaq prinsipi əsasında işini quran marketlər şəbəkəsində həftəlik endirimli aksiyalar da olacaq.

Qeyd edək ki, "Rahat" marketlər şəbəkəsi pərakəndə ticarət bazarında 2009-cu ildən fəaliyyət göstərir.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi