Belçikada Azərbaycanın iqtisadiyyatı ilə bağlı sənədli film nümayiş olunub

Belçikada Azərbaycanın iqtisadiyyatı ilə bağlı sənədli film nümayiş olunub Film tanınmış Amerika şirkəti tərəfindən çəkilib
Biznes
8 İyul , 2015 19:20
Belçikada Azərbaycanın iqtisadiyyatı ilə bağlı sənədli film nümayiş olunub

Bakı. 8 iyul. REPORT.AZ/ Belçikanın Asse şəhərində “US-Television” şirkəti tərəfindən ölkəmizin biznes imkanları haqqında çəkilmiş “Azerbaijan: Land of business and opportunity” adlı sənədli televiziya filminin təqdimatı keçirilib.

Azərbaycanın Belçikadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə səfirliyin ikinci katibi Samir Əbdürəhimov çıxış edərək Azərbaycan iqtisadiyyatına dair ümumi məlumat verib.

O, həmçinin Belçika ilə mövcud əməkdaşlıq haqqında, o cümlədən iki ölkənin işgüzar dairələri arasında müntəzəm şəkildə keçirilən forumlar haqqında danışıb.

Qeyd edək ki, “US-Television” şirkəti ABŞ televiziyası, xüsusilə də FOX kanalı üçün biznesyönümlü verilişlərin istehsalı ilə məşğuldur. 

Son xəbərlər

Orphus sistemi