Belarusdan Azərbaycana mebel idxalı 2 dəfə artıb

Belarusdan Azərbaycana mebel idxalı 2 dəfə artıb Belarus mebelinin ixrac coğrafiyası 20-dən çox ölkəni əhatə edir
Biznes
9 Sentyabr , 2016 07:28
Belarusdan Azərbaycana mebel idxalı 2 dəfə artıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Cari ilin 7 ayı ərzində Belarusdan Azərbaycana mebel idxalı 2 dəfə artıb.

"Report" xəbər verir ki, bu barədə Belarusun "Bellesbumprom" konserninin sədr müavini Mixail Kosko məlumat verib.

"Bu il Polşaya mebel tədarükü 4 dəfə, Ukrayna və Rumıniyaya 3 dəfədən çox, Azərbaycan, İtaliya və Sloveniyaya 2 dəfə artıb. Həmçinin Gürcüstan və Avstriyaya tədarüklər də artıb, Serbiyaya ilk ixrac baş tutub", - deyə o qeyd edib.

Hazırda Belarus mebelinin ixrac coğrafiyası 20-dən çox ölkəni əhatə edir. Sözügedən konsernin tərkibinə 47 müəssisə daxildir. Ölkədə istehsal olunan mebelin 35 faizi bu konsernin payına düşür.

Son xəbərlər

Orphus sistemi