Yuxarı
    Bağlamaq

    BBF və Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri start-up mədəniyyətini və biznes inkubasiyasını müzakirə edib

    Görüşdə BBF-in tərkibində olan layihələr haqqında ətraflı məlumat verilib

    Bakı. 12 iyul. REPORT.AZ/ Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi (Naveed Hassan Naqvi) “Baku Business Factory”nin (BBF) ofisini ziyarət edib, burada yaradılmış şəraitlə tanış olub.

    “Report” xəbər verir ki, N.H.Naqvi “Baku Business Factory”nin İdarə Heyətinin üzvü Anar Əskərov ilə görüşüb. Görüşdə Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbərinə BBF-in tərkibində olan layihələr haqqında ətraflı məlumat verilib.

    N.H.Naqvi və A.Əskərov BBF layihələri ilə Dünya Bankı arasında gələcək əməkdaşlıq yollarını müzakirə ediblər.

    Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi