Yuxarı

​BBF-nin xidmətlərindən istifadə edən şirkət satış şəbəkəsini genişləndirir

Şirkətin strateji məqsədlərindən biri ölkənin ixrac potensialının artırmaqdan ibarətdir

Bakı. 19 aprel. REPORT.AZ/ Aprelin 15-dən “Mr. Bee” balları artıq “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “Bravo” supermarketlər şəbəkəsində müştərilərə təqdim edilir.

“Report”un xəbərinə görə, “Baku Business Factory”nin (www.bbf.az) biznes inkubasiya mərkəzinin xidmətlərindən istifadə edən “Kercom” MMC-nin məhsullarını yaxın müddətdə tanınmış supermarketlər şəbəkələrindən əldə etmək mümkün olacaq.

Müştərilər bal və arıçılıq məhsullarını www.mrbee.az saytından sifarış edə bilərlər. Ödəniş nağd və qeyri-nağd şəkildə həyata keçirilə bilər. Çatdırılma xidməti Bakı şəhəri üzrə pulsuzdur və 24 saat ərzində yerinə yetirilir.

Qeyd edək ki, “Mr. Bee” brendi “Kercom” şirkətinə məxsusdur. “Kercom” şirkəti Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda fəaliyyət göstərir. Hazırda şirkət kənd təsərrüfatı sahəsində “Mr. Bee” brendi altında arıçılıq layihəsini inkişaf etdirir. Şirkətin strateji məqsədlərindən biri ölkənin ixrac potensialını artırmaqdan ibarətdir.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-nin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Daha ətraflı məlumat üçün BBF-nin rəsmi saytına (www.bbf.az) daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi