BBF-də “Rəqəmsal Marketinq – Bələdçi” mövzusunda seminar və kitab təqdimatı keçirilib

BBF-də “Rəqəmsal Marketinq – Bələdçi” mövzusunda seminar və kitab təqdimatı keçirilib Təqdimatı keçirilən kitab Azərbaycan dilində yazılan ilk rəqəmsal marketinq kitabıdır
Biznes
20 İyun , 2016 10:52
BBF-də “Rəqəmsal Marketinq – Bələdçi” mövzusunda seminar və kitab təqdimatı keçirilib

Bakı. 20 iyun. REPORT.AZ/ “Baku Business Factory” gənclərin biznes biliklərinin artırılması ilə bağlı fəaliyyətlərinə davam edir. 

"Report" xəbər verir ki, bu məqsədlə təşkilatın ofisində startaplar və bizneslə məşğul olmaq istəyən şəxslər üçün “Rəqəmsal Marketinq – Bələdçi” mövzusunda seminar və eyniadlı kitabın təqdimatı təşkil edilib.

Seminarın əsas mövzusu rəqəmsal marketinq alətləri ilə ənənəvi reklam kanallarının fərqləri, ölkəmiz üçün ən optimal rəqəmsal marketinq platformaları, rəqəmsal marketinq strategiyalarının hazırlanma metodları və s. haqqında olmuşdur. Təqdimatı keçirilən kitab isə Azərbaycan dilində yazılan ilk rəqəmsal marketinq kitabıdır.

Seminar və təqdimat rəqəmsal marketinq mütəxəssisi Pərviz Əzimov tərəfindən keçirilib. Pərviz Əzimov hazırda Portuqaliyanın Timwe şirkətində Rəqəmsal Marketinq Mütəxəssisi vəzifəsində işləyir. O, həmçinin “Rəqəmsal Marketinq – Bələdçi” kitabının müəllifidir.

Seminarda “Baku Business Factory”də qeydiyyatda olan startaplarla yanaşı, mövzuya marağı olan digər şəxslər də iştirak ediblər.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Daha ətraflı məlumat üçün BBF-in rəsmi saytına (www.bbf.az) daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi