Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk “Pre-akselerasiya” proqramının son seçim mərhələsi baş tutub - FOTO

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk “Pre-akselerasiya” proqramının son seçim mərhələsi baş tutub - FOTO Bu gün İnnovasiyalar Agentliyinin nəzdində fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk “Pre-akselerasiya” proqramının son seçim mərhələsi baş tutub.
Biznes
25 Yanvar , 2020 19:06
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk “Pre-akselerasiya” proqramının son seçim mərhələsi baş tutub - FOTO

Bu gün İnnovasiyalar Agentliyinin nəzdində fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk “Pre-akselerasiya” proqramının son seçim mərhələsi baş tutub.

“Report” xəbər verir ki, “Pre-akselerasiya” proqramına seçim turu 2 mərhələdən ibarət olub və müraciət edən 45 komandadan cəmi 10-u seçilərək finala vəsiqə qazana bilib.

Bu gün keçirilən son seçim mərhələsində startaplar 5 dəqiqə müddətində münsiflər heyəti və investorlar qarşısında təqdimatları ilə çıxış ediblər. Müstəqil ekspertlərdən ibarət olan münsiflər heyəti və investorların dəyərləndirməsindən keçən 5 top layihə proqramda iştirak etmək şansı qazanıb.

Qalib komandaların adları:

1. İŞIQ - karyera seçimi üçün interaktiv platforma

2. ABC Planet - dünyada savadlılığı artırmağa hədəflənən məktəbəqədər təhsil startapı.

3. AIDAtoolkit – Multimedia kontentinin yaradılması üçün kross-platformalı alət

4. WinFi - Səyahətçilər üçün qlobal WiFi paylaşma platforması

5. Pesekar.az - peşə sahiblərini bir arada toplayaraq, onların xidmətlərini istehlakçılara çatdıran platforma.

Qalib komandalar bu gündən etibarən Barama “Pre-akselerasiya” proqramının təqdim etdiyi imkanlardan yararlana biləcək. Proqrama seçilən komandalara 25 min manata qədər maddi dəstək veriləcək, onlar xarici mentorların üstünlük təşkil etdiyi 30-dan çox mentordan dəstək alacaq, İnnovasiyalar Agentliyində ofislə təmin olunacaq və ABŞ-da keçiriləcək mübadilə proqramında iştirak edəcəklər.

Bu, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti dövründə baş tutan ilk “Pre-akselerasiya” proqramıdır. Üç ay davam edəcək proqram ərzində startaplar daha çox xarici mentorların dəstəyi ilə öz layihələrini biznes və məhsulun inkişaf etdirilməsi mərhələlərindən keçirəcəklər. Tədbirdə investorlar, müstəqil ekspertlər və digər qonaqlar iştirak ediblər. Qeyd edək ki, münsiflər heyətinin tərkibinə İnnovasiyalar Agentliyinin Qrantlar, Kreditləşmə və İnvestisiyalar şöbəsinin müdiri Tural Maqsudov, İnnovasiyalar Agentliyinin Biznesin İnkişafı və İnvestisiyaların təşviqi şöbəsinin müdiri Əli Əsgər Taheri, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Araşdırmalar üzrə müdiri Leyla Seyidzadə, “MenaPay”-in İdarə Heyətinin üzvü və “Behrud Tecnology”-nin baş icraçı direktoru Turan Alməmmədov, “Seedstars”-ın Mərkəzi-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Regional Meneceri Ağahüseyn Əhmədov, MDB ölkələri üçün HCI Biznesin inkişafı üzrə direktoru Rasim Baxşı, “Deloitte Azerbaijan”-ın direktoru Tural Hacıyev daxil olub.

Son xəbərlər

Orphus sistemi