"​Baltika-Baku" şirkətinə yeni rəhbər təyin olunub

"​Baltika-Baku" şirkətinə yeni rəhbər təyin olunub Viktor Semak "Baltika-Baku" və "Carslberg Kazakhstan"a rəhbərlik edəcək
Biznes
2 May , 2016 08:41
​Baltika-Baku şirkətinə yeni rəhbər təyin olunub

Bakı. 2 may. REPORT.AZ/  "Carlsberg Group"un Azərbaycandakı “Baltika-Baku” şirkətinin rəhbər vəzifəsinə yeni təyinat olub. Şirkətdən "Report"a verilən məlumata görə, Şərqi Avropa regionunda klaster idarəetmə sistemini həyata keçirərək may ayından etibarən şirkətin rəhbəri Viktor Semak olacaq. O, "Carslberg Group"un iki şirkəti - “Baltika-Baku” və “Carslberg Kazakhstan”a rəhbərlik edəcək.

Qeyd edək ki, V.Semak Qrupda karyerasına 2002-ci ildə Sankt-Peterburqda yerləşən “Vena” şirkətinin regional satış meneceri vəzifəsində başlayıb. Bir il sonra V.Semak satış üzrə direktor müavini, daha sonra isə satış üzrə direktor təyin olunub. 2005-ci ildə o, “Baltika” şirkətinin Qərb regionunda satış üzrə vitse-prezidenti təyin edilib, 2007-ci ildə “Olivariya” pivə istehsalı zavodunun (Belarus) baş direktoru vəzifəsinin icrasına başlayıb. 

Xatırladaq ki, “Baltika-Baku” şirkətinin dövlət büdcəsinə illik ödəmələri 20 mln. manat, zavoda sərmayələr 47 mln. manat təşkil edib.

Baltika-Baku” Azərbaycanın pivə bazarında 75% paya malikdir.

Son xəbərlər

Orphus sistemi