"Baku Business Factory"də “Startap və vergi tənzimləməsi” mövzusunda 3-cü seminar təşkil edilib

"Baku Business Factory"də “Startap və vergi tənzimləməsi” mövzusunda 3-cü seminar təşkil edilib Seminarda “Baku Business Factory”də qeydiyyatda olan startaplarla yanaşı, mövzuya marağı olan digər şəxslər də iştirak ediblər
Biznes
25 İyul , 2016 13:49
Baku Business Factorydə “Startap və vergi tənzimləməsi” mövzusunda 3-cü seminar təşkil edilib

Bakı. 25 iyul. REPORT.AZ/ “Baku Business Factory” gənclərin biznes biliklərinin artırılması ilə bağlı fəaliyyətlərinə davam edir. 

"Report" xəbər verir ki, bu məqsədlə iyulun 23-də təşkilatın ofisində startaplar və bizneslə məşğul olmaq istəyən şəxslər üçün “Startap və vergi tənzimləməsi” mövzusunda 3-cü seminar təşkil edilib.

Seminarın əsas mövzusu biznes təsis etmək üçün tələb olunan hüquqi proseslər, yeni yaranmış şirkətlər üçün vergi və mühasibatlıq işlərinin aparılması üçün olan qaydalar və yollar və bu kimi digər hüquqi tənzimləmələrlə bağlı olmuşdur. Mövzular bu başlıqda keçirilən birinci və ikinci seminarın davamı olaraq seçilib. Seminarın əsas məqsədi gənclərin öz bizneslərinə başlayarkən hüquqi baxımdan tələb olunan bütün işləri tam düzgün şəkildə həyata keçirə bilmələri üçün lazım olan bilikləri onlara çatdırmaq olub.

Seminar “Synergy Group” ASC-nin baş mühasibi Rəsul Süleymanov tərəfindən keçirilib.

Seminarda “Baku Business Factory”də qeydiyyatda olan startaplarla yanaşı, mövzuya marağı olan digər şəxslər də iştirak ediblər.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılmışdır. BBF-nin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Daha ətraflı məlumat üçün BBF-nin rəsmi saytına daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi