Bakıya Hindistandan biznes nümayəndə heyəti gələcək

Bakıya Hindistandan biznes nümayəndə heyəti gələcək Hindistan Sənaye Konfederasiyasının (CII) üzvləri olan məşhur şirkətlərin nümayəndələrindən ibarət biznes nümayəndə heyəti Bakıya gələcək.
Biznes
18 Noyabr , 2019 18:02
Bakıya Hindistandan biznes nümayəndə heyəti gələcək
IndiaMART

Hindistan Sənaye Konfederasiyasının (CII) üzvləri olan məşhur şirkətlərin nümayəndələrindən ibarət biznes nümayəndə heyəti Bakıya gələcək.

Hindistanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər noyabrın 20-22-də baş tutacaq.

Səfər zamanı diplomatik missiya noyabrın 21-də biznes-simpozium təşkil edəcək.

CII Hindistanın sənaye sahəsinin inkişafı prosesində aktiv rol oynayan qeyri-hökumət təşkilatıdır. 1895-ci ildə qurulan Hindistanın qabaqcıl biznes strukturunun kiçik və orta sahibkarlıq və transmilli korporasiyalar da daxil olmaqla dövlət və özəl sektordan olan 9100-dən çox üzvü var.

Son xəbərlər

Orphus sistemi