Bakının qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 10 mln. manat güzəştli kredit verilib

Bakının qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 10 mln. manat güzəştli kredit verilib İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində işgüzar forum keçirilib
Biznes
25 May , 2017 17:46
Bakının qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 10 mln. manat güzəştli kredit verilib

Bakı. 25 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində işgüzar forum keçirilib.

Naizrlikdən "Report"a daxil olan məlumata görə, tədbirdə Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana və zeytunçuluq təsərrüfatlarının, badam bağının salınması, corab, qablaşdırma materialı və polietilen paketlər istehsalı müəssisələrininyaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2017-ci ilin ötən dövrü ərzində ölkə üzrə 360 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 36,2 mln. manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 1 000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə, indiyə qədər Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində sahibkarlıq subyektlərinin 1 345 investisiya layihəsinin maliyyələşdirilməsinə 377,6 mln. manat güzəştli kredit verilib.

Forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 9,8 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, tikinti materiallarının istehsalı, istixana kompleksinin yaradılması, mətbəx və məişət mallarının istehsalı, quşçuluq və heyvandarlıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Balaxanı Sənaye Parkında sürtgü yağlarının təkrar istehsalı müəssisəsinə baxış keçirilib. Bu müəssisədə mühərrik yağının texnoloji və kimyəvi proseslərdən keçirməklə təkrar emalından 80%-dək həcmdə yenidən istifadəyə yararlı mühərrik yağları istehsal etmək mümkündür. Bu yağlar iritutumlu nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının mühərriklərində istifadə üçün bütün standartlara cavab verəcək. Müəssisədə illik 1 800 ton sürtgü yağlarının təkrar emalı həyata keçiriləcək. Avtomobil və digər texnikalarda istifadə olunmuş mühərrik və ya sürtgü yağlarının təkrar emalı ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına imkan yaradacaq.

Son xəbərlər

Orphus sistemi