Yuxarı
    Bağlamaq

    Bakıdan Düşənbəyə birbaşa aviareys açıla bilər

    Bu məsələ iqtisadiyyat naziri Şahin Mustafayevin Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyevlə görüşündə müzakirə edilib

    Bakı. 11 oktyabr. REPORT.AZ/ İqtisadiyyat naziri, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüşüb.

    “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Tacikistan iqtisadi əməkdaşlığının hazırkı vəziyyəti, əlaqələrin genişləndirilməsi ilə bağlı bir sıra konkret məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib.

    Ş.Mustafayev diplomatı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, Azərbaycan-Tacikistan iqtisadi əlaqələrinin inkişafı üçün potensialı vurğulayıb. O, qeyd edib ki, Azərbaycan və Tacikistan arasında ticarət, metallurgiya, tranzit, turizm, təhsil və s. sahələrdə əlaqələrin genişləndirilməsi, bir sıra sahələrdə birgə müəssisələrin yaradılması üçün geniş imkanlar var.

    R.Soliyev isə bu il ölkələrimiz arasında əlaqələrin 25 illiyini qeyd edib, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən turizm sahəsində geniş əməkdaşlıq imkanlarını vurğulayıb. O, bildirib ki, Tacikistandan olan turistlər Azərbaycanın Naftalan şəhərinə böyük maraq göstərir.

    Görüşdə Gəncə Alüminium Zavodu ilə Tacikistanın Alüminium Zavodu arasında əməkdaşlıq, Bakı və Düşənbə arasında birbaşa aviareyslərin açılması, metallurgiya, tranzit və s. sahələrdə əməkdaşlığa, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi