Yuxarı

Bakıdakı supermarketlərdə qiymət artımı müşahidə olunur

Neptun supermarketlər şəbəkəsi bəzi məhsulların qiymətini artırıb

Bakı. 28 fevral. REPORT.AZ/ “Report” agentliyinin analitik qrupunun Bakı şəhərində “Bazarstore” və “Neptun” supermarketlər şəbəkəsində qiymət artımı ilə bağlı apardığı müşahidələr nəticəsində məlum olub ki, son bir həftə ərzində (fevralın 21-i ilə müqayisədə) bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artım qeydə alınıb.

“Bazarstore” şəbəkəsində əksər malların qiyməti sabit qalsa da, növbəti həftələrdə bahalaşmanın olub-olmayacağını bilmədiklərini deyən supermarket əməkdaşları, bunun sırf şirkətdən asılı olmadığını deyiblər: "İndidən nəsə demək çətindir".

“Neptun” supermarketlər şəbəkəsində isə bir sıra məhsullarda 2-40% artım müşahidə olunub. Qiyməti artan məhsullara “Syoss men” 500 ml-lik şampun (3,60 manatdan 3,70 manata), “Danone Aktivia” 120 qr-lıq yoqurt (2,40 manat - 2,45 manat), “Uzun ömür” 400 qr-lıq kəsmik (1,35 manat - 1,40 manat), “Çistaya liniya” 250 ml-lik şampun (2,15 manat - 2,95 manat), mal ətindən hazırlanan “Sab” kolbasası (1 kq üçün - 8,60 manatdan 9,30 manata) kimi məhsulları misal göstərmək olar. Bununla yanaşı marketlərdə bildiriblər ki, tütün məmulatlarında (siqaretlər) 0,7-0,9 manat, yəni 40-50% artım olub. 

"Neptun"un işçilərinin dediyinə görə, növbəti həftədən etibarən bütün məhsullarda qiymət artımı gözlənilir və bu, həm Novruz bayramının yaxınlaşması, həm də manatın devalvasiyası ilə əlaqəlidir. Şəbəkənin baş ofisindən isə "Report"a bəzi məhsullardakı qiymət artımını şərh edərkən bildirilib ki, həmin məhsulları istehsal və ya idxal edən şirkətlər topdansatış qiymətlərini artırdığına görə, "Neptun" supermarketlərində də bahalaşma baş verib: "Yəni, özümüz heç bir məhsulun qiymətini artırmamışıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi