Bakıda yeni “RAHAT” Gourmetmarketin təntənəli açılışı olub

Bakıda yeni “RAHAT” Gourmetmarketin təntənəli açılışı olub Bakıda yeni “RAHAT” Gourmetmarketin təntənəli açılışı baş tutdu.
Biznes
19 Dekabr , 2019 09:41
Bakıda yeni “RAHAT” Gourmetmarketin təntənəli açılışı olub

Bakıda yeni “RAHAT” Gourmetmarketin təntənəli açılışı baş tutdu.

“Report” xəbər verir ki, “RAHAT” supermarketlər şəbəkəsinin yeni açılan "Gourmet" tipli filialı Xəzər rayonun Mərdəkan qəsəbəsində, R.Yesenin küçəsi, ev 76/1 ünvanında yerləşir.

Bu gündən vətəndaşların istifadəsinə verilən, tam fərqli formatda dizayn edilən yeni “RAHAT” Gourmetmarket ən son texnoloji avadanlıqlarla təchiz olunub. “RAHAT” supermarketlər şəbəkəsinin Mərdəkan filialında digər marketlərdə tapa bilməyəcəyiniz dünya markalarının məhsullarını asanlıqla tapmaq mümkündür.

Qeyd edək ki, “RAHAT” gourmetmarketdə birbaşa xarici ölkələrdən gətirilən yüksək keyfiyyətə malik məhsullar ən münasib qiymətlərlə alıcılara təklif olunur.

ANC Group MMC-nin direktoru Samir Abdullayev yeni formatda fəaliyyətə başlayan marketin qurmanların zövqünü oxşayacağını deyib: “Yeni il ərəfəsində açılan “RAHAT” Gourmetmarket artıq tam olaraq alıcıların ixtiyarındadır. Burada olan məhsulların təxminən 70%-ə qədəri birbaşa xarici ölkələrdən gətirilən yüksək keyfiyyətli məhsullardır. Biz yeni çeşidli məhsullarla xalqımıza xidmət edirik. Fürsətdən istifadə edərək Azərbaycan xalqını qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edirik. Yeni Gourmetmarketdə 10 mindən çox məhsul çeşidi müştərilərin yolunu gözləyir. Belə ki, istənilən zövqə uyğun müxtəlif çeşidli ət məhsulları və delikateslər, bir sıra xarici ölkələrin qabaqcıl istehsalçı şirkətlərinin növbənöv içkiləri, süd və süd məhsulları, çərəz, quru meyvələr zövqünüzü oxşayacaq. Dadından və qoxusundan doya bilməyəcəyiniz müxtəlif növ hazır yemək və şirniyyatlar, hər gün isti-isti təndir çörəkləri sizləri gözləyir. Hər kəsi yeni filialımıza dəvət edirik”.

Son xəbərlər

Orphus sistemi