Yuxarı

Bakıda Yaponiya Məhsulları Sərgisi keçirilir

Tədbirdə Yaponiyanın 24 şirkəti iştirak edir

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün Bakıda I Yaponiya Məhsulları Sərgisi işə başlayıb. Bu tədbirdə iştirak etmək və Azərbaycanla biznes əlaqələri qurmaq məqsədi ilə Yaponiyadan 24 şirkətin 40 nəfərlik nümayəndə heyəti Bakiya gəlib. “Report”un xəbər verdiyi kimi, bunu sərginin açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi bildirib.

“Yaponiya ilə Azərbaycanarasındasiyasi, iqtisadi, mədəni və digər sahələrdə olan dostluq münasibətləri inkişaf edir. Xüsusilə, iqtisadi sahədə Azərbaycanın nəhəng neft yataqları olan“Azəri, Çıraq, Günəşli” blokunun istismarında Yaponiyanın “Itochu” və "Inpex" şirkətləri iştirak edir. Bundan başqa, Yaponiya istehsalı olan avtomobillər və elektrotexnika məhsulları yüksək keyfiyyətlə Azərbaycan xalqı arasında böyük rəğbət qazanıb", - deyə T.Takahaşi vurğulayıb.

Səfir əlavə edib ki, bu yaxınlarda Bakı ətrafında Yaponiyanın “Isuzu” yük avtomobillərinin istehsalına başlanılıb. Həmçinin, İsmayıllı rayonunda “Kosugi Zoen” şirkətinin Yaponiya Parkının salınmasından sonra İsmayıllı şəhəri ilə Şizuoka prefekturasının İto şəhəri arasında dostluq əlaqələrinə dair anlaşma memorandumu imzalanıb, ikitərəfli münasibətlərə başlanılıb.

Səfir həmçinin qeyd edib ki, uzun illərdir Yaponiyanın Sapporo şəhərində yerləşən "Fuji Megane" şirkəti istehsal etdiyi eynəkləri Azərbaycandakı qaçqınlara təqdim edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi