Yuxarı
    Bağlamaq

    Bakıda vergi qanunvericiliyinin pozulması faktları aşkar edilib

    Alkoqollu içkilərin qanunsuz istehsalı, saxta aksiz markaları ilə markalanmış və ya aksizsiz satışla məşğul olan şəxslər aşkarlanıb

    Bakı. 17 may. REPORT.AZ/ Vergilər Nazirliyi tərəfindən Bakıda keçirilmiş vergi nəzarəti tədbirləri zamanı alkoqollu içkilərin qanunsuz istehsalı, saxta aksiz markaları ilə markalanmış və ya aksiz markası olmadan satışı fəaliyyəti ilə məşğul olma və xeyli sayda işçiləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb edən şəxslər aşkar edilib.

    "Report"un Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, reyd zamanı Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində fiziki şəxs Elşad Qənbər oğlu Əliyevin qanunsuz olaraq əmtəə nişanı adından istifadə etməklə alkoqollu içkilərin istehsalı fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. İlkin araşdırmalar zamanı istehsal sexində bir neçə rulon istifadə olunmamış saxta aksiz markaları, 120 ədəd Rusiya Federasiyasının aksiz markaları, 1 226 ədəd saxta etiket, 625 ədəd qapaq, 3 182 ədəd boş butulkalar, 1 130.5 manat dəyərində 230 ədəd saxta aksiz markaları ilə markalanmış və 163 manat dəyərində 33 ədəd aksiz markasız alkoqollu içkilər, ümumilikdə 783 manat dəyərində 195 litr spirt, 38 litr rəngli alkoqollu içki və 28 litr araq aşkar edilib.

    Fiziki şəxs Seyfəddin Mübariz oğlu Qəhrəmanovun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Nizami rayonu, B.Çobanzadə küçəsi,215 ünvanda yerləşən ərzaq mağazasında alış qiymətləri ilə ümumilikdə, 4 586.46 manat dəyərində 593 ədəd aksiz markaları ilə markalanmalı olan mallar, o cümlədən 1 407 manat dəyərində 71 ədəd saxta aksiz markaları ilə markalanmış, 635 manat dəyərində 38 ədəd aksiz markasız alkoqollu içkilər, habelə 450 manat dəyərində 185 ədəd aksiz markasız tütün məmulatı aşkar edilib.

    Əmək münasibətləri sahəsində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində işçiləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edən Əlisəfa Süleyman oğlu Quliyev və Validə Cümşüd qızı Absalamovanın sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları tikiş (dərzi) sexlərində vergi nəzarəti tədbirləri keçirilib. Bu zaman fiziki şəxs Ə.Quliyevin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Sabunçu rayonu, Sabunçu ŞTQ, E.Saratov küçəsi,34 ünvanında yerləşən tikiş sexində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 26 nəfər, fiziki şəxs V.Absalamovanın sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Sabunçu rayonu, Balaxanı ŞTQ, Yeni Balaxanl yaşayış massivi ünvanda yerləşən dərzi sexində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 16 nəfər fiziki şəxslə hüquqi qüvvəyə minmiş əmək müqavilələrinin (kontraktın) olmadığı müəyyən edilib.

    Müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərdən alınmış izahatlardan aydın olub ki, həmin işçilərin əksəriyyətinin bu sahədə bir neçə ay ərzində çalışdıqlarına baxmayaraq, onların heç biri ilə əmək müqaviləsinin (kontraktı) hüquqi qüvvəyə minməsi ilə bağlı sənədləşdirmə işləri aparılmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi