Yuxarı
    Bağlamaq

    Bakıda Ümumdünya Akkreditasiya günü qeyd olunub

    Xidmət rəisi: “Azərbaycanda 200-ə yaxın akkreditasiya laboratoriyaları və 40-dan çox uyğunluğun qiymətləndirilməsi orqanı var”

    Bakı. 9 iyun. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bu gün Bakıda Ümumdünya akkreditasiya gününə həsr olunan “Akkreditasiyanın müasir iqtisadiyyatda rolu” mövzusunda tədbir keçirilib.

    “Report” xəbər verir ki, Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəis müavini Sabiq Abdullayev daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində akkreditasiyanın rolunun mühüm olduğunu bildirib. 

    Onun sözlərinə görə, bu sahənin dünya iqtisadiyyatında keyfiyyətin idarə olunması istiqamətindəki rolunu mühüm hesab edən beynəlxalq təşkilatlar 2008-ci ildən etibarən hər ilin iyunun -nu Ümumdünya Akkreditasiya günü kimi qeyd olunması qərarına gəlib. 

    O bildirib ki, ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı və akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində aparılan işlər nəticəsində Komitənin strukturu daha da təkmilləşdirilib: "Azərbaycanda akkreditasiya fəaliyyəti əsas iki istiqamətə bölünür: birinci sınaq və kalibrləmə laboratoriyaları akkreditasiyası, ikinci isə orqanlarda uyğunluğun qiymətləndirilməsidir. Hazırda ölkədə 200-ə yaxın akkreditasiya laboratoriyaları, 40-dan çox uyğunluğun qiymətləndirilməsi və 10-a yaxın oxşar məhsulların sertifikatlaşdırılması orqanı var. Bizim akkreditasiya sahəsində hazırda əsas fəaliyyətimiz Azərbaycanda bu sahədə mövcud olan təcrübənin beynəlxalq tələblərə uyğunlaşdırılması və beynəlxalq təşkilatlara üzv olmaqdan ibarətdir”.

    S.Abdullayev qeyd edib ki, bu istiqamətin əsas vəzifəsi ölkə başçısının tapşırıqlarına əsasən, istehsal olunan yerli məhsulların xarici bazarlara çıxışınıntəmin olunmasıdır: “Azərbaycanın milli akkreditasiya sahəsi beynəlxalq aləmdə tanınsa, istehsal edilən yerli məhsullarxarici bazarlara maneəsiz çıxa və satıla bilər. Eyni zamanda sınaq, yoxlama, sertifikatlaşdırılma, inspeksiya fəaliyyətlərindən azad oluna bilər. Bu isə bilavasitə Azərbaycan məhsullarının maya dəyərinə təsir göstərməklə yanaşı, rəqabət imkanlarını artıracaq. Bu sahədə həm KİV, həm də müxtəlif təlimlər vasitəsilə maarifləndirmə işləri aparılır.Ölkədə sertifikatlaşdırma fəaliyyəti liberallaşıb, artıq Komitə bu fəaliyyətini dayandırıb. Dövlət qurumu olaraq Komitə sertifikatlaşdırma fəaliyyətini akkreditasiya ilə tənzimləyir.Qısa müddət ərzində akkreditasiya sahəsində əldə etdiyimiz uğurlardan biri də 2012-ci ilə Akkreditasiya Xidmətinin Laboratoriyaların Beynəlxalq Akkreditasiyası üzrə Əməkdaşlıq Təşkilatına (İLAC) müşahidəçi qismində üzv qəbul olunmasıdır. Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyası isə Almaniya Akkreditasiya Qurumu (DakKS) tərəfindən akkreditasiya edilib. Beləliklə, laboratoriyanın sınaq nəticələrinin Avropa Birliyi ölkələrində tanınması təmin olunub. Hazırda Dövlət Akkreditasiya Xidmətinin Avropa Əməkdaşlığı Təşkilatına (EA-European cooperation for Accreditation) assosiativ üzv olunması istiqamatində işlər aparılır”.

    Ümumiyyətlə, ölkə başçısının fərmanı ilə Komitə yanında Dövlət Akkreditasiya Xidməti 2012-ci il aprelin 4-də yaradılıb. Dövlət Akkreditasiya Xidmətitərəfindən beynəlxalq standartların tələbləri əsasında məhsul və xidmətlərin, idarəetmə sistemlərinin, personalın sertifikatlaşdırılmasını həyata keçirən onlarla orqan, inspeksiya orqanları, o cümlədən sınaq və kalibrləmə laboratoriyaları akkreditasiya olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi