Bakıda ticarət dövriyyəsi 5%-dən çox artıb

Bakıda ticarət dövriyyəsi 5%-dən çox artıb Bu ilin yanvar ayında Bakıda ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% çox və yaxud 1 697,8 milyon manat olub.
Biznes
28 Fevral , 2020 11:52
Bakıda ticarət dövriyyəsi 5%-dən çox artıb
pexels.com

Bu ilin yanvar ayında Bakıda ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% çox və yaxud 1 697,8 milyon manat olub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə xəbər verir. 

Məlumata görə, son bir ildə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 6,5% artaraq 812,5 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 5,7% artaraq 885,3 milyon manata çatıb. 

İstehlak məhsullarının 29,2%-i hüquqi şəxs statuslu müəssisələrdə, 19,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 51,3%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Son xəbərlər

Orphus sistemi