Yuxarı
    Bağlamaq

    Bakıda TAIEX seminarı keçirilir

    Ötən gün başlayan seminarda dövlət qurumlarının nümayəndələri, xarici qonaqlar və yerli sahibkarlar iştirak edir

    Bakı. 28 fevral. REPORT.AZ/ Bakıda “Avropa İttifaqının Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutlarına dair qabaqcıl təcrübəsi” mövzusunda iki günlük TAIEX seminarı keçirilir.

    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “Report”a verilən xəbərə görə, seminarda çıxış edən Komitənin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru vəzifələrini icra edən Namiq Tağıyev bildirib ki, Azərbaycanda qeyri-neft sahəsinin, sənaye və ticarətin daha da inkişaf etdirilməsi zərurəti günbəgün artmaqdadır. 

    Onun sözlərinə görə, bu istiqamətdə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar məhz iqtisadiyyatda innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına, yerli sənaye məhsullarının dünya bazarlarında rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlib: “Ölkəmizin sosial-iqtisadi inkişaf siyasətinin əsas istiqamətlərindən biriAvropa, dünya standartları əsasında istehsal olunan məhsul və xidmətlərin yeni bazarlara ixracını təmin edəcəkmüasir keyfiyyət infrastrukturunun formalaşdırılmasınıtəşkil etməkdir. TAIEX seminarı olduqca əhəmiyyətlidir”.

    Bolqarıstan Standartlaşdırma İnstitutunun direktoru İren Dabijeva Azərbaycanla ölkəsi arasında həm ikitərfəli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qurulan əməkdaşlıq əlaqələrindən danışıb. O, keyfiyyət infrastrukturu sahəsində, xüsusən standartlaşdırma, sertifikatlaşdırma, uyğunluğun qiymətləndirilməsi sahələri və texniki maneələrin aradan qaldırılması istiqamətində zəruri olan fəaliyyətin bundan sonra da davam edəcəyinə əmin olduğunu qeyd edib.

    Sonra mövzu ilə bağlı məruzələr dinlənilib.

    Qeyd edək ki, fevralın 27-dən başlayan seminarda dövlət qurumlarının nümayəndələri, xarici qonaqlar və yerli sahibkarlar iştirak edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi