Bakıda "Sərnişinlər üzərində səmərəli gömrük nəzarətinin aparılması" mövzusunda seminar keçirilir

Bakıda "Sərnişinlər üzərində səmərəli gömrük nəzarətinin aparılması" mövzusunda seminar keçirilir Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Sərnişinlər üzərində səmərəli gömrük nəzarətinin aparılması mövzusunda seminar başlayıb.
Biznes
25 Fevral , 2019 16:46
Bakıda Sərnişinlər üzərində səmərəli gömrük nəzarətinin aparılması mövzusunda seminar keçirilir

Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Sərnişinlər üzərində səmərəli gömrük nəzarətinin aparılması" mövzusunda seminar başlayıb.

Komitədən “Report”a verilən məlumata görə, seminarda Dövlət Gömrük Komitəsinin (DGK) (DGK) 25-dən çox əməkdaşı iştirak edir.

Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi tərəfindən təşkil olunan seminarın məqsədi Avropa Birliyinin gömrük nəzarəti sahəsində ən yaxşı təcrübələrinə əsaslanaraq Azərbaycan gömrük orqanlarına sərhəd nəzarətinin, sərnişinlər və onların baqajları üzərində gömrük nəzarətinin sadələşdirilməsi və asanlaşdırılması ilə bağlı məsləhətlər vermək, həmçinin Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı əməkdaşlıq etməkdir.

Dövlət Gömrük Komitəsi (DGK) Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov, Estoniyanın Vergi və Gömrük Şurasının Şərq Gömrük İdarəsinin baş inspektoru Nikolai Voronin, İtaliya Gömrük və İnkişaf Agentliyinin Domodossola Dəmiryol Xidməti-Gömrük İdarəsinin əməkdaşı Adriana Minoggio, Litvanın Maliyyə Nazirliyi yanında Gömrük İdarəsinin baş inspektoru Ruta Petkeviçiute iştirak edib.

Ş.Ələsgərov ekspertlərin öz təcrübəsini Azərbaycan gömrükçüləri ilə paylaşmasının əhəmiyyətini qeyd edib. Bildirilib ki, son 4 ay ərzində DGK-nın iştirakı ilə sərhəd-buraxılış məntəqələrinin işinin təşkili mövzusunda 10-dan çox tədbir keçirilib və bu seminar da ümumi işə öz töhfəsini verəcək.

N.Voronin əvvəllər də dəmir yolu daşımalarında gömrük rəsmiləşdirilməsi barədə müzakirələr apardıqlarını, bugünkü seminarda da mühüm mövzulara toxunulacağını bildirib və təlim iştirakçılarına beynəlxalq təcrübədən maksimum yararlanmağı tövsiyə edib.

A.Minoggio vurğulayıb ki, seminar müddətində İtaliya təcrübəsini iştirakçılarla paylaşacaq, eyni zamanda, Avropa İttifaqının sözügedən sahədə qanunvericilik aktları barədə təqdimatlar keçirəcək.

R.Petkeviçiute vurğulayıb ki, sərnişinlərin daşınması və gömrük məntəqələrindən keçirilməsi barədə kifayət qədər təcrübəyə malikdir və seminar müddətində öz təcrübəsini Azərbaycan gömrükçüləri ilə bölüşəcək, onların bilik və bacarıqlarının artırılması işinə öz töhfəsini verməyə çalışacaq.

Sonra seminar başlayıb.

Ekspertlər "Nəqliyyat vasitələrinin və fərdlərin gömrük ərazisinə daxil olması və bu ərazidən çıxması", "Sərnişin dəhlizlərinin idarə edilməsi", "Malların və nəqliyyat vasitələrinin bəyannaməsi", "Müxtəlif kateqoriyalı qeyri-rezidentlər üçün gömrük imtiyazları" adlı təqdimatlarla çıxış ediblər.

Seminarın növbəti günündə isə "Müşayiət olunmayan baqajın gömrük nəzarəti və rəsmiləşdiirlməsi", "Xidməti və mülki silahların gömrük nəzarəti və rəsmiləşdirilməsi", "Mədəni sərvətlərin gömrük nəzarəti və rəsmiləşdirilməsi", "Şəxsi istifadə üçün nəzərdə tutulmuş dərman vasitələrinin idxal, ixrac və tranziti" adlı sessiyalar keçiriləcək.

Fevralın 26-na qədər davam edəcək seminarın sonunda iştirakçıları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılacaq, gömrükçülərin iş prosesində qarşılaşdığı məqamlarla bağlı sualları ekspertlər tərəfindən cavablandırılacaq.

Son xəbərlər

Orphus sistemi