​Bakıda “Sənaye məhsullarının keyfiyyət standartları” mövzusunda təlim kursları keçirilir

​Bakıda “Sənaye məhsullarının keyfiyyət standartları” mövzusunda təlim kursları keçirilir Təlim kurslarının may ayının 14-dək keçirilməsi nəzərdə tutulur
Biznes
27 Aprel , 2016 19:33
​Bakıda “Sənaye məhsullarının keyfiyyət standartları” mövzusunda təlim kursları keçirilir

Bakı. 27 aprel. REPORT.AZ/ Aprelin 27-də Bakıda İqtisadiyyat Nazirliyi və Bakı Biznes Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması” layihəsi çərçivəsində “Sənaye məhsullarının keyfiyyət standartları” mövzusunda təlim kursunun keçirilməsinə başlanılıb.

“Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, təlimdə qida, mebel, yüngül, tikinti və s. sahələrdə fəaliyyət göstərən yerli müəssisələrin nümayəndələri iştirak edib.

“Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq həyata keçirilən layihənin əsas məqsədi sənaye müəssisələrinin keyfiyyətin idarə edilməsi sahəsində məlumatlılıq səviyyəsinin artırılması və keyfiyyət standartlarının təşviq edilməsidir.

Təlim kursunda rəqabətqabiliyyətliyin yüksəldilməsində keyfiyyətin rolu, keyfiyyət standartları, keyfiyyət idarəetmə sisteminin prinsipləri və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb. Təlim kurslarının may ayının 14-dək keçirilməsi nəzərdə tutulur. Təlimlərin sonunda iştirakçılara sertifikatlar veriləcək.

Son xəbərlər

Orphus sistemi