​Bakıda saxta məktəbli formaları istehsal edən müəssisə aşkarlanıb - FOTO

​Bakıda saxta məktəbli formaları istehsal edən müəssisə aşkarlanıb - FOTO Müəssisədə "Bakı Tikiş Evi" MMC-yə məxsus BTE əmtəə nişanından istifadə edilərək saxta məktəbli formalarının istehsal olunduğu müəyyən edilib
Biznes
19 Avqust , 2015 10:14
​Bakıda saxta məktəbli formaları istehsal edən müəssisə aşkarlanıb - FOTO

Bakı. 19 avqust. REPORT.AZ/ Bakı şəhərinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsi,2 ünvanında yerləşən fiziki şəxs İradə Əli qızı Abbasovaya məxsus məktəbli formalarının tikişi ilə məşğul olan müəssisədə dövlət nəzarəti həyata keçirilib.

“Report” xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə daxil olan məlumatlara əsasən, “Uluxanlı” nişanı ilə istehsal olunan geyimlər təhlükəsizliyi, keyfiyyəti təsdiq edən sənədlər olmadan satışa çıxarılır.

Belə ki, istehsal texnoloji təlimat olmadan həyata keçirilir, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib. Müəssisə laboratoriya ilə də təmin olunmayıb və hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi yoxdur. Müəssisə həmçinin keyfiyyət və təhlükəsizlik göstəricisi olan uyğunluq sertifikatı ilə təmin olunmayıb. Müəssisədə "Bakı Tikiş Evi" MMC-yə məxsus BTE əmtəə nişanından istifadə edilərək saxta məktəbli formalarının istehsal olunduğu müəyyən edilib.

Faktla bağlı araşdırma davam edir.

Son xəbərlər

Orphus sistemi