Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib

Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib
Biznes
22 Sentyabr , 2017 20:23
Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, "Azərbaycan məhsullarının ixracı: biznes üçün yeni imkanlar" və “İnkoterms (beynəlxalq ticarət sövdələşməsi)”mövzularını əhatə edən treninqdə iştirakçılara ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracatçılara tətbiq edilən güzəştlər, ixracın stimullaşdırılması tədbirləri, xərc və risklərin müəyyənləşdirilməsi ilə əlaqədar qəbul olunmuş beynəlxlaq standartlar və s. barədə ətraflı məlumatlar verilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi