Bakıda sahibkarlar üçün seminar keçirilib

Bakıda sahibkarlar üçün seminar keçirilib Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə kiçik, orta və mikro sahibkarlıqla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar olnayn seminar başlayıb.
Biznes
31 Yanvar , 2019 11:36
Bakıda sahibkarlar üçün seminar keçirilib
0 : 00
0 : 00

Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə kiçik, orta və mikro sahibkarlıqla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar olnayn seminar başlayıb.

“Report” xəbər verir ki, seminarı giriş sözü ilə KOBİA-nın İdarə Heyətinin sədr müavini Natiq Həsənov açıb.

Onun sözlərinə görə, seminar ölkənin 8 regionunda canlı yayımlanır və 800-dən çox iş adamının onu izləmək imkanı var: “Ölkə regionlarında fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar istənilən yerdən təlimə birbaşa qoşulmaqla yanaşı, həmçinin onların təlimi izləməsi üçün Agentliyin Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Gəncə və Yevlax rayonlarında olan “KOB Dostu” mərkəzlərində də müvafiq şərait yaradılıb. Sahibkarlar istədikləri zaman sual verib, cavab ala bilərlər”.

Vergilər Nazirliyinin Tədris Mərkəzinin nümayəndəsi Rəşad Əliyev isə bildirib ki, yenilənmiş Vergi Məcəlləsinə bir sıra yeni anlayışlar əlavə edilib: "Onlardan biri innovasiya fəaliyyəti anlayışıdır. Digəri isə KOB klaster anlayışıdır ki, bunlar da KOBİA-nın sertifikat verdiyi şirkətlər olacaq”.

Bundan başqa, o xatırladıb ki, Vergi Məcəlləsinin 102-ci maddəsinə edilmiş əlavələrə görə, sahibkarlıqla məşğul olan fiziki şəxslərin 75%-i gəlir vergisindən azad edilib.

Qeyd edək ki, onlayn təlim barədə sahibkarlar əvvəlcədən Agentliyin www.smb.gov.az saytı, “Facebook” səhifəsi və KİV vasitəsilə məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi