Bakıda "Poçt göndərişləri üzərində gömrük nəzarəti" mövzusunda seminar keçirilir

Bakıda "Poçt göndərişləri üzərində gömrük nəzarəti" mövzusunda seminar keçirilir Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Bakıda Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı (TAIEX) çərçivəsində Ümumdünya Poçt İttifaqı aktları ilə müşayiət olunan beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər tərəfindən daşınan sürətli poçt göndərişləri üzərində gömrük nəzarəti mövzusunda seminar öz işinə başlayıb.
Biznes
12 Aprel , 2018 13:18
Bakıda Poçt göndərişləri üzərində gömrük nəzarəti mövzusunda seminar keçirilir

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Bakıda Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı (TAIEX) çərçivəsində "Ümumdünya Poçt İttifaqı aktları ilə müşayiət olunan beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər tərəfindən daşınan sürətli poçt göndərişləri üzərində gömrük nəzarəti" mövzusunda seminar öz işinə başlayıb. 

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Məlumata görə, DGK əməkdaşları ilə yanaşı, "Azərpoçt" MMC-nin və Azərbaycanda fəaliyyət göstərən daşıyıcı şirkətlərin nümayəndələrinin də iştirak etdiyi seminarin məqsədi Ümumdünya Poçt İttifaqının aktları ilə müşayiət olunan beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər tərəfindən daşınan sürətli poçt göndərişləri üzərində gömrük nəzarətinə dair mövcud olan beynəlxalq və Avropa İttifaqının sənədləri, eləcə də praktiki məsələlər üzrə iştirakçıları məlumatlandırmaqdır.

Seminarın açılış mərasimində çıxış edən DGK sədri Aydın Əliyev uzun illərdir Azərbaycanla Aİ arasında müxtəlif qurumlar və təşkilatlar, eyni zamanda dövlət səviyyəsində səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib.

A.Əliyev son illərdə əməkdaşlıq münasibətlərinin daha da gücləndiyini, 2015-2017-ci illərdə Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS), "Sərbəst zonalar", "Dəmir yolu sərhəd-keçid məntəqələrində gömrük nəzarəti", "Səlahiyyətli İqtisadi Operatorlar" və digər sahələrdə TAIEX proqramı çərçivəsində DGK əməkdaşları üçün təlimlər keçirildiyini qeyd edib. Seminarın mövzusunun Azərbaycan gömrüyü üçün aktual məsələlərdən biri olduğunu deyən Komitə sədri tədbir çərçivəsində əldə edilən bilik və bacarıqların poçt daşımaları sahəsində gömrük nəzarətinin daha da səmərəli qurulmasına şərait yaradacağını qeyd edib.

Seminarda çıxış edən Aİ-nin eksperti, Rumıniya gömrük xidmətinin nümayəndəsi xanım Loredana Lovu seminarda müzakirə ediləcək mövzular barədə iştirakçılara məlumat verib.

Qeyd edək ki, seminar iki gün davam edəcək və Aİ-nin ekspertləri Loredana Lovu, Yolanta Diktaniene, Guntars Kokins, Dieter Staudacher və Davide Tanzarella iştirakçılara Ümumdünya Poç İttifaqı (ÜPİ) və Aİ qanunvericiliyi, Dəyişdirilmiş redaksiyada Kioto Konvensiyası, Gömrük nəzarəti və rəsmiləşdirilmə prosesi, Kommersiya məqsədli yüklər üzərində gömrük nəzarəti, Risklərin idarə edilməsi, Poçtla göndərilən dərman preparatları və əqli mülkiyyət hüquqları üzərində gömrük nəzarəti, Gömrük və poçt arasında ilkin elektron məlumat mübadiləsi, ÜPİ və Aİ-nin gömrük üzrə elektron ticarət proqramları və digər mövzularda məlumat verəcəklər.

Son xəbərlər

Orphus sistemi