Bakıda “Patent hüquqlarında müasir istiqamətlər” mövzusunda regional seminar keçirilir

Bakıda “Patent hüquqlarında müasir istiqamətlər” mövzusunda regional seminar keçirilir Seminarda əqli mülkiyyət sisteminin inkişafı, patentlərin qorunması, əczaçılıq sahəsində patentləşdirmə mövzuları müzakirə olunur
Biznes
25 Oktyabr , 2016 13:05
Bakıda “Patent hüquqlarında müasir istiqamətlər” mövzusunda regional seminar keçirilir

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatının (AAPT) təşkilatçılığı ilə iki günlük regional seminar işə başlayıb.

"Report" xəbər verir ki, seminarda çıxış edən SPMDK-nın aparat rəhbərinin müavini Niyazi Rəhimov Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsində əqli mülkiyyətin rolu və bu sahədə mövcud olan aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb. Onun sözlərinə görə, əqli mülkiyyət məsələləri iqtisadiyyatda böyük rol oynayır: "Hazırkı iqtisadi proseslər ölkədə qeyri-neft sahəsinin, sənaye və ticarətin daha da inkişaf etdirilməsi zərurətini artırmaqdadır. Həyata keçirilən islahatlar məhz iqtisadiyyatda innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına yönəlib. Hüquqi dövlət quruculuğu nəticəsində ölkədə əqli mülkiyyət hüquqlarının qorunması və effektiv idarə olunması üçün müasir normativ-hüquqi baza yaradılıb. Eyni zamanda, texnologiyalar üzərində müstəsna hüquq sahibləri və sənaye arasında münasibətlərin tənzimlənməsi, innovasiyaların sənayedə daha da geniş tətbiq edilməsi üçün bütün lazımi hüquqi şərait yaradılıb. Təşkil olunan bu seminarın da əsas məqsədi əqli mülkiyyət obyektəri üzərində hüquqların düzgün müəyyən olunması və qorunması mexanizmlərindən məlumatlılığın artırılmasına xidmət edir. Eyni zamanda seminarın təşkili ilk növbədə yerli elm insanlarının, sənayenin, ölkə iqtisadiyyatının, patent huqüqunun qorunmasına yönəldilib".

Avrasiya Patent Təşkilatının (AAPT) prezidenti Saule Tlevlesova bildirib ki, əqli mülkiyyət sahəsində Azərbaycanın uğurları, bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək işlər və gələcəkdə əməkdaşlıq münasibətləri daha da genişlənəcək: "Azərbaycan son illər ərzində ilk dəfə olaraq AAPT-a patent hüquqlarının alınması üzrə sifarişlərin sayına görə dördüncü yerə yüksəlib. Təkcə ötən il təşkilat 218 min patent hüququ qeydə alıb. Bunun 27%-i ABŞ, 46%-i Asiya ölkələrinin payına düşür. Amma təəssüflər olsun ki, Sakit okean ölkələri - Çin, Koreya və Yaponiya bu prosesdə iştirak etmir. Ötən il Rusiya 12 800 hüquq qeydiyyatı və ərizələrin qeydiyyat sayına görə birinci yeri tutub. Qazaxıstan 8 min hüquq qeydiyyata almaqla ikinci, Belarus 7 minlə üçüncü, Azərbaycan isə 6 340 hüquq qeydə almaqla dördüncü yerdə qərarlaşıb".

Seminarda “Üzv ölkələrdə əqli mülkiyyət sisteminin inkişafı sahəsində ÜƏMT-nin fəaliyyəti”, “Patentlərin qorunması və istifadəsində müasir istiqamətlər”, “Beynəlxalq patent sisteminin ən yeni nailiyyətləri”, “Patent sahəsində Azərbaycan qanunvericiliyi, norma yaradıcılığı fəaliyyəti”, “Patentlərin səmərəliliyi”, “Əczaçılıq sahəsində patent qabiliyyətinin qiymətləndirilməsi” və s. mövzularda məruzələr dinlənilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası, Müəllif Hüquqları Agentliyi, habelə Rusiya, Özbəkistan, Ukrayna, Gürcüstan, Qazaxstan, Qırğızıstan, Türkmənistanın patent idarələrinin rəsmi nümayəndələri də iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi