Yuxarı

Bakıda məhsulların saxlanılması və daşınması mövzusunda təlim keçiriləcək

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar təlimdə iştiraka dəvət olunurlar

Bakı. 22 avqust. REPORT.AZ/ Biznes Təlimləri sahəsində Xüsusi Amerikan proqramı (SABIT) sentyabrın 9-da Bakıda “Məhsulların soyuducu anbarlarda saxlanılması və daşınması” mövzusunda təlim keçirəcək.

“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə baş tutacaq təlim bu sahədə ixtisaslaşan xarici mütəxəssislər tərəfindən aparılacaq. Təlimdə iştirak ödənişsizdir.
Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar təlimdə iştiraka dəvət olunurlar.

Təlim haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi