Bakıda may ayında forum keçiriləcək

Bakıda may ayında forum keçiriləcək ​Trabzon Ticarət və Sənətkarlar təşkilatı qarşılıqlı əməkdaşlıq təklif edir
Biznes
10 Mart , 2017 19:27
Bakıda may ayında forum keçiriləcək
courtesy image

Bakı. 10 mart. REPORT.AZ/ Türkiyənin Trabzon şəhərinin Ticarət və Sənətkarlar təşkilatının sədri Ahmet Hamdi Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşüb, gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Konfederasiyadan "Report"a verilən məlumata görə, görüz zamanı ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycanda 2500-dən çox türk şirkəti uğurla fəaliyyət göstərir: "Bugünədək bir sıra Türkiyə təşkilatı ilə sıx əməkdaşlıq edirik, həm Azərbaycanda, həm də müxtəlif ölkələrdə birgə tədbirlərdə iştirak edir, əməkdaşlıq imkanlarımızı genişləndiririk. Trabzon Ticarət və Sənətkarlar təşkilat ilə əməkdaşlığın genişləndirilməsini məqsədə müvafiq hesab edirəm. Bu istiqamətdə keçirilən birgə görüşlərin və biznes forumların təşkili olduqca əhəmiyyətli olacaq. Bu istiqamətdə təşkil edilən bütün tədbirlərdə Konfederasiya yaxından iştirak edəcək və dəstək göstərəcək".

A.Hamdi rəhbərlik etdiyi təşkilatın azərbaycanlı həmkarları ilə əlaqələrini genişləndirmək niyyətində olduğunu vurğulayıb: "Bu məqsədlə bu ilin may ayında Gürcüstan-Azərbaycan sahəvi ticarət heyətinin Azərbaycana səfəri gözlənilir. Bakıda iki günlük forum keçiriləcək. Trabzondan mütəxəssislərin və investorların həmin foruma gələcək. ASK-dan bu tədbirin təşkil edilməsində müvafiq köməklik göstərilməsini istərdim".

Tədbirdə Trabzon və Azərbaycan sahibkarlarının birgə təcrübə mübadiləsi aparması, Azərbaycan regionlarının potensialının öyrənilməsi və birgə layihələrin icrası, eləcə də investisiya qoyuluşu baxımından əhəmiyyətli olacağı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi