Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək

Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək Dekabrın 21-də Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək.
Biznes
7 Dekabr , 2019 10:38
Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək

Dekabrın 21-də Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək. 

"Report"a daxil olan məlumata görə, tədbirdə 500-ə yaxın qonağın iştirak edəcəyi gözlənilir. 

Əsas müzakirə mövzuları kino-media, idman, səhiyyə, istehsal, bank, iaşə, turizm sahəsində marketinqin inkişafı olacaq və adları çəkilən sahələrdə Azərbaycan və Türkiyədən spikerlər öz təcrübələrini bölüşəcək. Belə ki, Türkiyənin “Ay Yapım və Medd Yapım” şirkətlər qrupunun satış direktoru Deniz Cantutan, “Galatasaray” futbol klubunun marketinq üzrə direktoru Doruk Tufekçi, İstanbulda yerləşən “Johns Hopkins adına Anadolu” xəstaxanalar şəbəkəsinin marketinq koordinatoru Günay Fərzəliyeva, ABAD Publik Hüquqi Şəxsinin Layihələrin İdarəedilməsi Departamentinin direktor müavini Camid Mövsumov və “Dreamland Baku”nun marketinq üzrə mütəxəssisi Sedef Kaynarkanın çıxışları nəzərdə tutulub. 

Tədbirin əsas məqsədi qeyri-neft sektorunun inkişafına dəstək olmaq, müasir korporativ idarəetmə mexanizmlərinin şirkətlərdə tətbiq edilməsi,marketinqin son trendlərinin müzakirə olunması, beynəlxalq təcrübənin, strateji həmlələrin tətbiq edilməsi, markalaşmada və xarici bazarlara addımlarda əsas məqamları vurğulamaqdır. 

Son xəbərlər

Orphus sistemi