​Bakıda marketdə satılan malların yarlıq və kassa qiymətlərində fərqlər qeydə alınıb

​Bakıda marketdə satılan malların yarlıq və kassa qiymətlərində fərqlər qeydə alınıb Əsassız qiymət artımına yol verən market barədə müvafiq tədbirlər görülüb
Biznes
6 Mart , 2015 18:14
​Bakıda marketdə satılan malların yarlıq və kassa qiymətlərində fərqlər qeydə alınıb

Bakı. 6 mart. REPORT.AZ/ İstehlak bazarında süni qıtlıq yaradılması, eləcə də əsassız qiymət artımı, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.

“Report”un nazirliyə istinadən verdiyi məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bazar küçəsi, mənzil 1 ünvanında Emil Məmmədova məxsus “Ballı” marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxs barədə müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi