Bakıda maliyyə sektorunda müştəri əlaqələri menecmenti və marketinqinə həsr olunmuş seminar keçiriləcək

Bakıda maliyyə sektorunda müştəri əlaqələri menecmenti və marketinqinə həsr olunmuş seminar keçiriləcək Tədbirdə müştərinin cəlb olunması, saxlanılması və stimulun inkişafı məsələlərinə də yer ayrılacaq
Biznes
29 Fevral , 2016 13:55
Bakıda maliyyə sektorunda müştəri əlaqələri menecmenti və marketinqinə həsr olunmuş seminar keçiriləcək

Bakı. 29 fevral. REPORT.AZ/ Bakıda martın 1-də maliyyə sektorunda müştəri əlaqələri menecmenti (CRM) və marketinqinə həsr olunmuş seminar keçiriləcək. 

"Report" xəbər verir ki, "CRM Group" şirkətinin təşkilatçılığı ilə keçiriləcək tədbirin əsas müzakirə mövzusu Azərbaycanda maliyyə sektorunda CRM və Marketinq sisteminin inkişafı, bu gün banklarda "debt collection"un tətbiqi, problemli kreditlərlərin idarə olunması, bank məhsullarının (proqram təminatları) bu sahədə rolu, front-həllər, Azərbaycanda yeni Rabitə / Biznesin Avtomatlaşdırma Sistemlərinin (ERP/CRM) qurulması və s. olacaq.

Tədbirin birinci hissəsində "TerraSoft" şirkətinin mütəxəssisləri çıxış edəcəklər. Rusiya və Ukraynadan gələn mütəxəssislərin iştirak edəcəkləri seminar əsasən maliyyə menecerləri, biznesin inkişafı menecerləri, büdcə və proqnozlaşdırma, müştəri əlaqələri menecmenti sahəsində məşğul olan iş adamları üçün xüsusi maraq kəsb edəcək. Tədbirdə müştərinin cəlb olunması, saxlanılması və stimulun inkişafı məsələlərinə də yer ayrılacaq.

Seminar 1 mart 2016-cı il tarixində "Four Seasons" hotelində saat 10:00-dan 18:00-dək davam edəcək.

Qeyd edək ki, "CRM Group" şirkəti Azərbaycanda 2009-cu ildən fəaliyyət göstərir. Şirkətimiz biznes xidmətləri, CRM-sistemlər, WMS Sistemləri, ERP Sistemləri, HRM Sistemləri, analitik sistemlər, Monitorinq və İT-infrastrukturun idarə edilməsi, İТ-autsorinq sahələri üzrə ixtisaslaşıb. Şirkətin dövlət və özəl qurumlarla həyata keçirdiyi layihələrində həm yerli, həm də xarici ekspert və analitiklər iştirak edirlər. "CRM Group"un Türkiyə və Dubayda da bölmələri fəaliyyət göstərirlər. "CRM Group" dünya liderləri olan "Microsoft", "Oracle", "1C", "TerraSoft" kimi brendlərin rəsmi nümayəndəsidir.

Son xəbərlər

Orphus sistemi