Yuxarı
    Bağlamaq

    Bakıda "Make in İndia" tədbiri keçirilib

    Tədbirdə hər iki ölkədə fəaliyyət göstərən 70-dən çox iş adamı və KİV nümayəndələri iştirak ediblər

    Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Hindistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı “Make in İndia” adlı tədbir keçirilib.

    "Report" xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkədə fəaliyyət göstərən 70-dən çox iş adamı və KİV nümayəndələri iştirak ediblər.

    Tədbirdə hər iki ölkədə sahibkarlığın mövcud vəziyyəti, investisiya, tərəfdaşlıq imkanları barədə təqdimatlar dinlənilib, gələcək əməkdaşlığa dair müzakirələr aparılıb. 

    Tədbiri giriş sözü ilə açan ASK-nin prezidenti Məmməd Musayev bildirib ki, hər iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanları böyükdür. Onun sözlərinə görə, hazırda Azərbaycanda sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb.

    Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana isə ölkəsi haqqında məlumat verərək deyib ki, ölkəsində 100-ə qədər smart şəhərlərin salınması qərara alınıb və bu da ölkəyə sərmayə qoyuluşu imkanlarını artırıb.

    S.Rana bildirib ki, o, bu həftənin əvvəlində Lənkəran və Astarada olub və həmin şəhərlərlə Hindistanın şəhərləri arasında əməkdaşlıq perspektivləri araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi