Bakıda ixrac təşviqinin geri ödənilməsi ilə bağlı seminar keçirilib

Bakıda ixrac təşviqinin geri ödənilməsi ilə bağlı seminar keçirilib Seminar İqtisadiyyat Nazirliyinin dəstəyi ilə baş tutub
Biznes
3 Mart , 2017 19:33
Bakıda ixrac təşviqinin geri ödənilməsi ilə bağlı seminar keçirilib

Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə İxracatçılar Klubunun “İxrac təşviqinin ödənilməsi Qaydası”na həsr olunan seminarı keçirilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə meyvə-tərəvəz, quru meyvə, spirtli və spirtsiz içkilər, mineral sular, bal, tekstil, fındıq istehsalı və iqtisadiyyatın digər qeyri-neft sahələrində fəaliyyət göstərən sahibkarlar qatılıblar.

"Azpromo"nun rəhbəri Rüfət Məmmədov son illərdə ixracın stimullaşdırılması tədbirləri, bu sahədə həyata keçirilən islahatlar, sahibkarlara investisiyanın təşviqi sənədi və təsdiqedici sənədin verilməsi, Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara ixrac təşviqinin ödənilməsi mexanizmi barədə məlumat verib, ixracatçıları yaradılan əlverişli şəraitdən yararlanmağa dəvət edib.

Sonra "Azpromo"nun İxracın Təşviqi Departamentinin direktoru Fuad Cəfərov qeyri-neft məhsullarının ixracatçılarına ixrac təşviqinin geri ödənilməsi proseduru, müraciət qaydaları və tələb olunan sənədlər barədə təqdimatla çıxış edib.

Seminar sual-cavab sessiyası ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi