Bakıda ilk "CEO Lunch" təşkil olunub

Bakıda ilk "CEO Lunch" təşkil olunub Hökumətin iqtisadi blokunu təmsil edən dövlət qurumlarının rəhbərləri və top-menecerlər arasında qeyri-rəsmi ünsiyyət olub
Biznes
16 Fevral , 2017 12:12
Bakıda ilk CEO Lunch təşkil olunub

Bakı. 16 fevral. REPORT.AZ/ "Caspian European Club" (Caspian Business Club/ CEİBC) və "Caspian American Club" Bakıda ilk "CEO Lunch" (baş icraçı direktorların naharı) keçirib. Şirkətdən "Report"a daxil olan məlumata görə, "Caspian European Club" və "Caspian American Club"ın sədrinin birinci müavini, baş icraçı direktor Telman Əliyev "CEO Lunch"ın hər ayın üçüncü çərşənbə günü təşkil ediləcəyini bildirib.

"CEO Lunch" çərçivəsində hökumətin iqtisadi blokunu təmsil edən dövlət qurumlarının rəhbərləri və CEİBC-nin üzv şirkətlərinin top-menecerləri arasında qeyri-rəsmi ünsiyyət təşkil olunacaq.

Qeyri-rəsmi şəraitdə sahibkarların üzləşdikləri problemlər müzakirə edilir, ölkənin müxtəlif regionlarında biznesin aparılması üzrə onları maraqlandıran məsələlərə, həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflərə toxunulur.

Budəfəki tədbirdə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev görüş iştirakçılarına AZAL ilə əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat təqdim edib, aviaşirkətin fəaliyyəti, həmçinin gələcək planları haqqında danışıb.

CEİBC-yə daxil olan və buradakı iştirakını davam etdirən şirkətlər öz fəaliyyətləri barədə məlumat veriblər.

Görüş iştirakçıları üçün "Barattson School of Business&Finance"in baş icraçı direktoru Elşən Rəhimov, "AirAstana" şirkətinin region üzrə meneceri Daken Şement, "Eurodesign"ın baş direktoru Teymur Tağıyev tərəfindən təqdimat keçirilib.

T.Əliyev "Caspian European Club"un 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını xatırladıb. "Caspian European Club"un sədrinin Azərbaycan Prezidenti İlham Əliyev olduğu bildirilib. T.Əliyev qeyd edib ki, "Caspian American Club"un yaradılması təşəbbüsü də dövlət başçısına məxsusdur.

Onun sözlərinə görə, təsis olunduğu ilk gündən "Caspian European Club" neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Klub 50 ölkədə fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

"Caspian Energy", "Caspian European Club", "Caspian Business Club", "Caspian American Club" və "CEO" qeydiyyatdan keçmiş ticarət nişanlarıdır və "Caspian Energy International Media Group"a məxsusdur.

Qeyd edək ki, dünənki "CEO Lunch"da Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə və Avropa İttifaqının nümayəndələri də iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi