Bakıda İran biznes sərgisi keçirilib

Bakıda İran biznes sərgisi keçirilib Analoji tədbirlərin ildə iki dəfə təşkil olunması planlaşdırılır
Biznes
17 Noyabr , 2014 13:10
Bakıda İran biznes sərgisi keçirilib
Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Bakıda ilk İranın İstehsalat və İxracat İmkanları Sərgisi keçirilib.

"Report"un xəbər verdiyi kimi, sərginin açılış mərasimində iştirak edən İranın sənət, mədən və ticarət nazirinin müavini Cəfər Sərqini bildirib ki, bu cür tədbirlər Azərbaycan və İran arasında iqtisadi əlaqələrin genişlənməsinə müsbət təsir göstərir. 

“Sərgidən sonra İran məhsullarının Azərbaycanda satışının artması gözlənilir. Bu kimi sərgiləri ildə iki dəfə olmaqla təşkil etmək istəyirik”, - deyə C.Səqrini vurğulayıb.

Nazir müavini həmçinin qeyd edib ki, yaxın perspektivdə Azərbaycan ilə İran arasında iqtisadiyyatın müxtəlif sahələrində mövcud əlaqələr daha da dərinləşəcək.

Son xəbərlər

Orphus sistemi