Bakıda Hindistanın zərgərlik məmulatlarının sərgisinin keçirilməsi təklif edilib

Bakıda Hindistanın zərgərlik məmulatlarının sərgisinin keçirilməsi təklif edilib Hindistadandan Azərbaycana qiymətli daşların ixracı azalıb
Biznes
28 Dekabr , 2016 10:37
Bakıda Hindistanın zərgərlik məmulatlarının sərgisinin keçirilməsi təklif edilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Hindistanın Qiymətli daşlar və zərgərlik məmulatları ixracatının təşviq Şurasının nümayəndələri Hindistanın Azərbaycandakı səfiri Sancay Rana ilə görüşüb.

"Report" Hindistan KİV-inə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasındakı ticarət dövriyyəsinin, xüsusən də Hindistadandan Azərbaycana qiymətli daşların ixracındakı azalmanın səbəbləri müzakirə olunub.

Görüşdə 2017-ci ilin fevral ayında Hindistanda keçiriləcək "IIJS Signature 2017" sərgisinə Azərbaycan zərgərlərinin də dəvət edilməsi təklifi irəli sürülüb.

Səfir bildirib ki, azərbaycanlı zərgərlərlə danışıqlar aparacaq və ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələlərini müzakirə edəcək.

S.Rana həmçinin Azərbaycanda Hindistanın zərgərlik məmulatlarının sərgisinin keçirilməsini təklif edib.

Son xəbərlər

Orphus sistemi